سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ١٥٩
Subhānallāhi 'ammā yasifūn
Allah onların (müşriklərin Allahı) vəsf etdikləri sifətlərdən uzaqdır.
Təfsir
Allah pak və müqəddəsdir, müşriklərin Ona aid etdikləri, Ona layiq olmayan sifətlərdən - Özünə övlad götürməkdən, şəriki olmaqdan və başqa bu kimi nöqsanlardan uzaqdır.