فَبَشَّرۡنَٰهُ بِغُلَٰمٍ حَلِيمٖ ١٠١
Fabassharnāhu bighulāmin halīm
Biz də onu həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdələdik.
Təfsir
Biz də onun duasını qəbul edib ona, onu sevindirəcək bir xəbər verdik. Onu, böyüdükdə həlim xasiyyətli olacaq bir oğlan uşağı ilə müjdələdik. Bu uşaq İsmail (aleyhissəlam) idi.