يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُوٓاْ أَنصَارَ ٱللَّهِ كَمَا قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ لِلۡحَوَارِيِّـۧنَ مَنۡ أَنصَارِيٓ إِلَى ٱللَّهِۖ قَالَ ٱلۡحَوَارِيُّونَ نَحۡنُ أَنصَارُ ٱللَّهِۖ فَـَٔامَنَت طَّآئِفَةٞ مِّنۢ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَكَفَرَت طَّآئِفَةٞۖ فَأَيَّدۡنَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَىٰ عَدُوِّهِمۡ فَأَصۡبَحُواْ ظَٰهِرِينَ ١٤
Yā'ayyuhal-ladhīna āmanū kūnū ansārallāhi kamā qāla 'īsabnu maryama lil-hawāriyyina man ansārī ilallāhi qālal-hawāriyyūna nahnu ansārullāhi fa'āmanat tā'ifatum mim banī isrā'īla wakafarat tā'ifatun fa ayyadnal-ladhīna āmanū 'alā 'aduwwihim fa asbahū zāhirīn
Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir tayfa iman gətirdi, digər bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.
Təfsir
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Peyğəmbərinizin təbliğ etdiyi dini yaymaqla Allahın köməkçiləri olun. Necə ki, həvarilər dinin yayılmasına kömək etmişlər. Belə ki, İsa (aleyhissəlam) onlara: “Allah yolunda kimlər mənə köməkçi olacaq?” – demiş, həvarilər də dərhal belə cavab vermişlər: “Bizik Allahın köməkçiləri!” İsrail oğullarından bir zümrə İsaya (aleyhissəlam) iman gətirmiş, digər zümrə isə onu inkar etmişdir. Biz də, İsaya iman gətirənləri onu inkar edənlərə qarşı qüvvətləndirmiş və möminlər onlara qalib gəlmişlər.