Ar-Rum surəsi, ayə 44

30:44

مَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا فَلِأَنفُسِهِمۡ يَمۡهَدُونَ ٤٤

Man kafara fa'alayhi kufruhū waman 'amila sālihan fali'anfusihim yamhadūn

Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə yer) hazırlamış olarlar.

Təfsir

Kim Allaha qarşı küfr edərsə, küfrünün zərəri öz əley­hi­nə olar - əbədi olaraq Cəhənnəm atəşində qalar. Allahın rizası xatirinə yaxşı iş görənlər isə öz­lərinin Cənnətə daxil olmasını və orada əbədi olaraq naz-nemətlər içində qalmasını təmin etmiş olarlar.