قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلُۚ كَانَ أَكۡثَرُهُم مُّشۡرِكِينَ ٤٢
Qul sīrū fil-ardi fanzurū kayfa kāna 'āqibatul-ladhīna min qablu kāna aktharuhum mushrikīn
De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu (Allaha) şərik qoşanlar idi”.
Təfsir
Ey Peyğəmbər! O müşriklər de: “Yer üzünü gəzib dolaşın və haqqı yalan sayan əvvəlki ümmətlərin aqibətinin necə olduğuna baxın. Onların əksəriyyətinin aqibəti çox pis olmuşdur. Onların çoxu Allaha şərik qoşanlar idi. Allahla yanaşı başqa ilahlara da ibadət edərdilər. Allaha şərik qoşduqlarına görə həlak oldular.”