وَلَهُ ٱلۡحَمۡدُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَعَشِيّٗا وَحِينَ تُظۡهِرُونَ ١٨
Walahul-hamdu fis-samāwāti wal-ardi wa'ashiyyan wahīna tuzhirūn
Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də (Onun şəninə təriflər deyin!)
Təfsir
Həmd-səna yalnız pak və müqəddəs Allaha məxsusdur. Göydə mələklər, yerdə də məxluqatı Onun şəninə təriflər deyir. Siz də axşam çağında - əsr namazının vaxtında və günortaya yetişəndə - zöhr namazının vaxtında Onun şəninə təriflər deyin!