Ar-Rum surəsi, ayə 11

30:11

ٱللَّهُ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ ١١

Allāhu yabda'ul-khalqa thumma yu'īduhū thumma ilayhi turja'ūn

Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öldürdükdən) sonra onu (yenidən) dirildir. Sonra isə siz Ona qaytarılacaqsınız.

Təfsir

Allah məxluqatı yeni bir biçimdə ya­radar, sonra onu yox edər, sonra da onu əvvəlki halına qaytarar. Bundan sonra isə - Qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün Onun hüzuruna qaytarıla­caq­sınız.