Ar-Rahman surəsi, ayə 33

55:33

يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٖ ٣٣

Yāma'sharal-jinni wal-insi inistata'tum an tanfudhū min aqtāris-samāwāti wal-ardi fanfudhū lā tanfudhūna illā bisultān

Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüvvətlə keçə bilərsiniz.

Təfsir

Qiyamət günü Allah cinləri və insanları bir yerə toplayacağı zaman belə buyuracaq: "Ey cin və insan tayfası! Əgər göy­lərin və yerin hər hansı bir nahiyəsindən yarıb keçə bilirsiniz, keçin! Siz ancaq qüdrət və qüv­vətlə keçə bilərsiniz. Lakin hardadı sizdə o güc-qüvvət?!