Ar-Ra'd surəsi, ayə 42

13:42

وَقَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَلِلَّهِ ٱلۡمَكۡرُ جَمِيعٗاۖ يَعۡلَمُ مَا تَكۡسِبُ كُلُّ نَفۡسٖۗ وَسَيَعۡلَمُ ٱلۡكُفَّٰرُ لِمَنۡ عُقۡبَى ٱلدَّارِ ٤٢

Waqad makaral-ladhīna min qablihim falillāhil-makru jamī'an ya'lamu mā taksibu kullu nafsin wasaya'lamul-kuffāru liman 'uqbad-dār

Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələrin cəzası Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər.

Təfsir

Əvvəlki ümmətlər də öz peyğəmbərlərinə qarşı hiylə qurdular və onların təbliğ etdiklərini yalan hesab etdilər. Onların peyğəmbərlərə qarşı qurduqları hiylənin nə faydası oldu?! Heç bir faydası olmadı. Çünki hiylə quran hər kəsin hiyləsi, Allahın təqdir və tədbirindən kənara çıxa bilməz. Uca Allah hər kəsin nə qazandığını bilir və onların əməllərindən Allaha heç bir şey gizli qalmaz. Məhz o zaman onlar dünyada ikən Allaha iman etmədiklərinə görə özlərinin nə qədər xəta etdiklərini, Allaha iman edən möminlərin də nə qədər doğru əməl etdiklərini və beləliklə də, Cənnətə və ən gözəl sonluğa nail olduqlarını biləcəklər.