وَيَقُولُونَ طَاعَةٞ فَإِذَا بَرَزُواْ مِنۡ عِندِكَ بَيَّتَ طَآئِفَةٞ مِّنۡهُمۡ غَيۡرَ ٱلَّذِي تَقُولُۖ وَٱللَّهُ يَكۡتُبُ مَا يُبَيِّتُونَۖ فَأَعۡرِضۡ عَنۡهُمۡ وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا ٨١
Wayaqūlūna tā'atun fa idhā barazū min 'indika bayyata tā'ifatum minhum ghayral-ladhī taqūlu wallāhu yaktubu mā yubayyitūna fa a'rid 'anhum watawakkal 'alallāhi wakafā billāhi wakīlā
Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə, onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görər. Allah onların gecələr nə tədbir gördüklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq (sənə) Allah yetər.
Təfsir
(Ya Rəsulum!) Münafiqlər dilləri ilə sənə: "Əmrinə itaət edib, ona yerinə yetiririk!”– deyirlər. Amma sənin yanından çıxıb getdikdə isə, onların bir qismi gizlində səniə dediklərinin əksinə tədbir görər. Allah onların nə tədbir gördüklərini bilir və bu hiylələrinə görə onları cəzalandıracaqdır. Sən onlara fikir vermə, çünki onlar sənə heç bir zərər yetirə bilməzlər, sən işini Allaha həvalə et, Ona arxalan, Ona arxalanmaqın üçün vəkil olaraq Allah yetər!