An-Nisa surəsi, ayə 175

4:175

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَٱعۡتَصَمُواْ بِهِۦ فَسَيُدۡخِلُهُمۡ فِي رَحۡمَةٖ مِّنۡهُ وَفَضۡلٖ وَيَهۡدِيهِمۡ إِلَيۡهِ صِرَٰطٗا مُّسۡتَقِيمٗا ١٧٥

Fa ammal-ladhīna āmanū billāhi wa'tasamū bihī fasayudkhiluhum fī rahmatim minhu wafadlin wayahdīhim ilayhi sirātam mustaqīmā

Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxslərə gəlincə, (Allah) onları Öz rəhmətinə və lütfünə qovuşduracaq və onları Özünə tərəf (aparan) düz yola yönəldəcəkdir.

Təfsir

Allaha iman gətirən və peyğəmbərlərinə nazil edilən Qurandan yapışan şəxslərə gəlincə, Allah onları cənnətə daxil etməklə mərhəmət edəcək, onların savab və dərəcələrini qaldıracaq və on­ları heç bir əyrilik olmayan doğru yola yönəlməyə müvəffəq edəcəkdir. Bu yol, ədn cənnətlərinə aparan yoldur.