An-Nisa surəsi, ayə 170

4:170

يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُمُ ٱلرَّسُولُ بِٱلۡحَقِّ مِن رَّبِّكُمۡ فَـَٔامِنُواْ خَيۡرٗا لَّكُمۡۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا ١٧٠

Yā'ayyuhan-nāsu qad jā'akumur-rasūlu bil-haqqi mir rabbikum fa'āminū khayral lakum wa in takfurū fa inna lillāhi mā fis-samāwāti wal-ardi wakānallāhu 'alīman hakīmā

Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən haqqı gətirdi. Elə isə (ona) iman gətirin! Bu sizin üçün xeyirli olar. Əgər küfr etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Təfsir

Ey insanlar! Artıq Muhəmməd peyğəmbər - sallallahu aleyhi və səlləm - sizə Uca Allahdan doğru yol və haq­q din gətirdi. Elə isə ona gətirdiyinə iman edin, əgər belə etsəniz bu sizin üçün dünya və axirətdə daha xeyirli olar! Əgər Allaha küfr et­sə­niz, bilin ki, Allahın sizin iman etmənizə ehtiyacı yoxdur və küfür etməniz Allaha heç bir zərərdə verməz. Göylər­də, yerdə və onların arasında nə mülk varsa, hamısı Allaha məxsus­dur. Allah kimin hidayətə layiq olduğunu bilib, onu hidayət yoluna müyəssər edər, hidayətə layiq olmayan kimsəni isə o yoldan uzaqlaşdırar. Allah, sözlərində, fellərində, şəri hökmlərində də və insanlar üçün təyin etdiyi qədərin də hikmət sahibidir.