An-Nisa surəsi, ayə 160

4:160

فَبِظُلۡمٖ مِّنَ ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا عَلَيۡهِمۡ طَيِّبَٰتٍ أُحِلَّتۡ لَهُمۡ وَبِصَدِّهِمۡ عَن سَبِيلِ ٱللَّهِ كَثِيرٗا ١٦٠

Fabizulmim minal-ladhīna hādū harramnā 'alayhim tayyibātin uhillat lahum wabisaddihim 'an sabīlillāhi kathīrā

Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allah yolundan azdırdıqlarına görə onlara halal edilmiş pak nemətləri haram etdik.

Təfsir

Yəhudilərin etdikləri zül­m səbəbindən, özlərini və başqalarını Allahın yolundan döndərdiklərinə görə onlara daha öncə halal edilmiş bəzi pak təamları və dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərindəki yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Beləliklə də insanları xeyirdən döndərmək onların təbiətinə çevdildi.