۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُواْ قَوَّٰمِينَ بِٱلۡقِسۡطِ شُهَدَآءَ لِلَّهِ وَلَوۡ عَلَىٰٓ أَنفُسِكُمۡ أَوِ ٱلۡوَٰلِدَيۡنِ وَٱلۡأَقۡرَبِينَۚ إِن يَكُنۡ غَنِيًّا أَوۡ فَقِيرٗا فَٱللَّهُ أَوۡلَىٰ بِهِمَاۖ فَلَا تَتَّبِعُواْ ٱلۡهَوَىٰٓ أَن تَعۡدِلُواْۚ وَإِن تَلۡوُۥٓاْ أَوۡ تُعۡرِضُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا ١٣٥
Yā'ayyuhal-ladhīna āmanū kūnū qawwāmīna bil-qisti shuhadā'a lillāhi walaw 'alā anfusikum awil-wālidayni wal-aqrabīna in yakun ghaniyyan aw faqīran fallāhu awlā bihimā falā tattabi'ul-hawā an ta'dilū wa in talwū aw tu'ridū fa innallāha kāna bimā ta'malūna khabīrā
Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün, valideynlərinizin, yaxın qohumlarınızın əleyhinə olsa belə, Allah üçün ədaləti qoruyan şahidlər olun. (Əleyhinə şahidlik edəcəyiniz kəslər) istər varlı, istər kasıb olsun, Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub ədalətdən azmayın! Əgər dilinizi əysəniz, yaxud (həqiqəti deməkdən) boyun qaçırsanız, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Şahidliyiniz özünüzün, valideynlərinizin, yaxın qohumlarınızın əleyhinə olanı tələb etsə də, hər bir kəsə həqiqətə uyğun olaraq şahidlik edərək və bütün halınızda ədaləti qoruyan şahidlər olun. Kimin zəngin, kiminsə kasıb olması, sizi onun əleyhinə yaxud leyhinə şahidlik etməyə və ya etməməyə sövq etməsin. Allah sizə kasib və zəngin insandan daha yaxındır və onların mənfəətlərini daha yaxşı bilir. Şahidliyiniz də haqqdan meyil etmək üçün nəfsinizin istədiklərinə tabe olmayın! Əgər şahidliyi təhrif edib, həqiqətə uyğun olmadan şahidlik etsəniz, yaxud ümumən şahidlikdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.