An-Nisa surəsi, ayə 131

4:131

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَلَقَدۡ وَصَّيۡنَا ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَإِيَّاكُمۡ أَنِ ٱتَّقُواْ ٱللَّهَۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدٗا ١٣١

Walillāhi mā fis-samāwāti wamā fil-ardi walaqad wassaynal-ladhīna ūtul-kitāba min qablikum wa iyyākum anit-taqullāha wa in takfurū fa inna lillāhi mā fis-samāwāti wamā fil-ardi wakānallāhu ghaniyyan hamīdā

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də: “Allahdan qorxun!” – deyə buyurduq. Əgər küfr etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah zəngindir, tərifəlayiqdir.

Təfsir

Göylərdə, yerdə və onların arasında nə mülk varsa, hamısı tək Allaha məxsusdur. Biz yəhudi və nasranilərdən olan Ki­tab əhlinə də, sizə də Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyi əhd almışdıq. Əgər siz bu əhdə küfr etsəniz, yalnız özünüzə zərər vermiş olarsız, çünki Allah sizin Ona itaət etmənizdən ehtiyacsızdır. Bi­lin ki, göylərdə və yerdə nə mülk var­sa, hamısı Ona məx­susdur. Allahın heç bir məxluquna ehtiyacı yoxdur, O, bütün sifət və feillərində tə­ri­fə­layiqdir.