وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ سَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَتَعۡرِفُونَهَاۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ٩٣
Waqulil-hamdu lillāhi sayurīkum āyātihī fata'rifūnahā wamā rabbuka bighāfilin 'ammā ta'malūn
De: “Həmd, Allaha məxsusdur! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiklərinizdən qafil deyildir!”
Təfsir
Ey Peyğəmbər! De ki: "Allahın sayılmaz və tükənməz nemətlərinə görə, uca Allaha sonsuz həmd-sənalar olsun! Allah sizə: nəfsinizdə, göylərdə, yerdə və sizlərə verdiyi ruzidə Onun vəhdaniyyətinə və qüdrətinə dəlalət edən Öz ayət və dəlillərini sizə göstərəcək, siz də onları lazımınca tanıyıb biləcəksiniz. Bu ayət və dəlillərimizi tanıyıb bilməniz sizi haqqa tabe olub ona boyun əyməyə vadar edəcəkdir. Ona heç bir şey əsla gizli qalmaz. O, etdiyiniz əməllərin əvəzini sizə verəcəkdir!"