وَأَنۡ أَتۡلُوَاْ ٱلۡقُرۡءَانَۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَقُلۡ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلۡمُنذِرِينَ ٩٢
Wa an atluwal-qur'āna famanihtadā fa innamā yahtadī linafsihī waman dalla faqul innamā ana minal-mundhirīn
və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. (Haqq yoldan) azana isə (belə) de: “Mən ancaq xəbərdar edənlərdənəm!”
Təfsir
və mənə insanlara Quran oxumaq əmr olunmuşdur!". Kim Quranın hidayəti ilə özünə doğru yol tutarsa və içində olanlara əməl edərsə, bunun faydası yalnız özünə qayıdar. Haqq yoldan azıb, bu kitabın içində olanlardan üz çevirib və orada olanlara əməl etməkdən boyun qaçıran kimsələrə də belə de: "Mən sadəcə sizi Allahın əzabı ilə xəbərdar edən bir peyğəmbərəm. Sizi doğru yola gətirmək isə mənim əlimdə olan bir iş deyildir!"