إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُم بِحُكۡمِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ ٧٨
Inna rabbaka yaqdī baynahum bihukmihī wahuwal-'azīzul-'alīm
Şübhəsiz ki, sənin Rəbbin onların arasında Öz hökmünü verəcək. O, Qüdrətlidir, Biləndir!
Təfsir
Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin Qiyamət günü mömin və kafir - bütün insanlar arasında ədalətli hökmü ilə hökm verəcəkdir. Uca Allah o gün mömunlərə mərhəmət edəcək, kafirlərə isə əzab verəcəkdir. O, düşmənlərindən intiqam alan, məğlub edilməz və yenilməz güc-qüvvət sahibidir. O, hər bir şeyi biləndir. Kimin haqq yolda kimin də batil yolda olduğunu Ona əsla gizli qalmaz!