وَمَا مِنۡ غَآئِبَةٖ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٍ ٧٥
Wamā min ghā'ibatin fis-samā'i wal-ardi illā fī kitābim mubīn
Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-məhfuzda) olmasın.
Təfsir
Göylərdə və yerdə insanlara gizli qalan hər bir şeyin elmi açıq-aydın kitabda yazılmışdır. Bu kitab, Lövhi-məhfuzdur.