قُل لَّا يَعۡلَمُ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلۡغَيۡبَ إِلَّا ٱللَّهُۚ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ ٦٥
Qul lā ya'lamu man fis-samāwāti wal-ardil-ghayba illallāhu wamā yash'urūna ayyāna yub'athūn
De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər.
Təfsir
Ey Peyğəmbər! De: "Göylərdə olan mələklərdən və yerdə olan insanlardan heç biri qeybi bilməz. Qeybi bilmək yalnız Uca Allaha aiddir. Həmçinin göylərdə və yerdə olanların hər hansı biri əməllərinin mükafatını almaq üçün uca Allahın hüzurunda nə zaman diriləcəklərini bilməzlər. Bunu bilmək yalnız Uca Allaha aiddir!