أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ شَهۡوَةٗ مِّن دُونِ ٱلنِّسَآءِۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ تَجۡهَلُونَ ٥٥
A'innakum lata'tūnar-rijāla shahwatam min dūnin-nisā'i bal antum qawmun tajhalūn
Siz qadınları qoyub şəhvətlə kişilərəmi yaxınlaşacaqsınız? Xeyir, siz cahil bir qövmsünüz!”
Təfsir
Siz qadınları buraxıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Doğrusu siz bu əməlinizlə heç də, iffətli yaşamaq və övlad sahibi olmaq istəmirsiniz. Siz sadəcə heyvan kimi şəhvətinizi ödəmək istəyirsiniz. Siz həqiqətən də, iman edilməsi vacib olan şeyləri, pak olmağı və günahlardan uzaq durmağı bilməyən cahil bir tayfasınız!"