An-Naml surəsi, ayə 47

27:47

قَالُواْ ٱطَّيَّرۡنَا بِكَ وَبِمَن مَّعَكَۚ قَالَ طَٰٓئِرُكُمۡ عِندَ ٱللَّهِۖ بَلۡ أَنتُمۡ قَوۡمٞ تُفۡتَنُونَ ٤٧

Qālut-tayyarnā bika wabimam ma'aka qāla tā'irukum 'indallāhi bal antum qawmun tuftanūn

Onlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq”. (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Siz sınağa çəkilən bir qövmsünüz”.

Təfsir

Salehin qövmü haqqa qarşı inadkarlıq edərək ona belə dedi: "Biz sə­nin və sə­nin­lə birlikdə olan möminlərin üzündən uğur­suz­luğa uğra­dıq". Saleh - aleyhissəlam - onlara dedi: "Başınıza gələn sıxıntılar ucbatından sizə fərəc gətirmək üçün uçurtduğunuz quşların elmi Allah yanında­dır. Bu işdə Ona heç bir şey gizli qalmaz. Əksinə, siz, sizə verilən nemətlərlə və başınıza gələn müsibətlərlə sı­na­ğa çəkilən bir qövmsü­nüz".