ٱرۡجِعۡ إِلَيۡهِمۡ فَلَنَأۡتِيَنَّهُم بِجُنُودٖ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخۡرِجَنَّهُم مِّنۡهَآ أَذِلَّةٗ وَهُمۡ صَٰغِرُونَ ٣٧
Irji' ilayhim falana'tiyannahum bijunūdil lā qibala lahum bihā walanukhrijannahum minhā adhillatan wahum sāghirūn
Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!”
Təfsir
Süleyman - aleyhissəlam - hökmdar qadının göndərdiyi elçiyə belə dedi: "Gətirdiyin hədiyyələrlə birlikdə onların yanına geri dön! Əgər onlar əmrimə tabe olub, boyun əyərək yanıma gəlməsələr, Biz o hökmdarın və onun qövmünün üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib, onları Səba məmləkətindən izzət və cah-cəlal içində yaşadıları bir halda zəlil və alçalmış vəziyyətdə çıxardacağıq!"