قَالَتۡ إِنَّ ٱلۡمُلُوكَ إِذَا دَخَلُواْ قَرۡيَةً أَفۡسَدُوهَا وَجَعَلُوٓاْ أَعِزَّةَ أَهۡلِهَآ أَذِلَّةٗۚ وَكَذَٰلِكَ يَفۡعَلُونَ ٣٤
Qālat innal-mulūka idhā dakhalū qaryatan afsadūhā waja'alū a'izzata ahlihā adhillatan wakadhālika yaf'alūn
(Qadın) dedi: Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman oranı viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər.
Təfsir
Hökmdar qadın dedi: "Şübhəsiz ki, hökmdarlar hər hansı bir məmləkətə daxil olduqları zaman: öldürərək, qarət edərək və soyub talayaraq oranı viran qoyar, xalqının izzətli və qüvvətli adamlarını da zəlil və həqir edərlər. Hökmdarlar üstün gəlib, məğlub etdikləri məmləkətin əhalisi arasında qorxu və heybət yaymaq üçün daiman belə edərlər.