وَأَدۡخِلۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖۖ فِي تِسۡعِ ءَايَٰتٍ إِلَىٰ فِرۡعَوۡنَ وَقَوۡمِهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ١٢
Wa adkhil yadaka fī jaybika takhruj baydā'a min ghayri sū'in fī tis'i āyātin ilā fir'awna waqawmihī innahum kānū qawman fāsiqīn
Əlini qoynuna sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın. Firona və onun qövmünə göndərilən doqquz ayədən biri budur. Həqiqətən, onlar fasiq bir qövmdür!”
Təfsir
Əlini, köynəyinin yaxasından boyun tərəfindən qoynuna sal ki, əlin oradan çıxartdıqda, qar kimi, ağappaq, ləkəsiz bir halda çıxsın. Bu, sənə verilən və Firon və onun qövmü yanında sənin doğrulurunu isbat edən doqquz möcüzədən biridir. Bu doqquz möcüzə bunlardır: Əlinin ağappaq çıxması, əsa, quraqlıqlar, məhsulların azalması, tufan, çəyirtkə, bit, qurbağa və qan. Həqiqətən, onlar Allaha küfr etməklə Allahın itaətindən çıxmış bir tayfadır!".