An-Nahl surəsi, ayə 86

16:86

وَإِذَا رَءَا ٱلَّذِينَ أَشۡرَكُواْ شُرَكَآءَهُمۡ قَالُواْ رَبَّنَا هَٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدۡعُواْ مِن دُونِكَۖ فَأَلۡقَوۡاْ إِلَيۡهِمُ ٱلۡقَوۡلَ إِنَّكُمۡ لَكَٰذِبُونَ ٨٦

Wa idhā ra'al-ladhīna ashrakū shurakā'ahum qālū rabbanā hā'ulā'i shurakā'unal-ladhīna kunnā nad'ū min dūnika fa alqaw ilayhimul-qawla innakum lakādhibūn

Müşriklər (Allaha qoşduqları) şəriklərini gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa tapındığımız şəriklərimizdir!”. (Bütlər isə) onlara: “Şübhəsiz ki, siz yalançısınız!”– deyə cavab verəcəklər.

Təfsir

Müşriklər axirətdə, Allahdan başqa ibadət etdikləri bütlərini görüncə, öz günahlarını onların üzərinə yüklənməsi üçün belə de­yə­cək­lər: "Ey Rəbbi­miz! Bunlar bizim Səndən başqa ibadət et­diyimiz şə­rik­lə­rimizdir!". Bu zaman Allah onların ibadət etdikləri bütləri dilə gətirib danışdıracaq və bütlər dünyada ikən onlara ibadət edənlərə: "Ey Müşriklər! Siz Allaha şərik qoşaraq etdiyiniz ibadətlərinizdə ya­lançı­sı­nız, çünki Allahdan başqasına ibaət edilməsi üçün Onun heç bir şəriki yoxdur!" – deyə ca­vab qay­taracaq­lar.