An-Nahl surəsi, ayə 75

16:75

۞ ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبۡدٗا مَّمۡلُوكٗا لَّا يَقۡدِرُ عَلَىٰ شَيۡءٖ وَمَن رَّزَقۡنَٰهُ مِنَّا رِزۡقًا حَسَنٗا فَهُوَ يُنفِقُ مِنۡهُ سِرّٗا وَجَهۡرًاۖ هَلۡ يَسۡتَوُۥنَۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٧٥

Daraballāhu mathalan 'abdam mamlūkal lā yaqdiru 'alā shay'in wamar razaqnāhu minnā rizqan hasanan fahuwa yunfiqu minhu sirran wajahran hal yastawūnal-hamdu lillāhi bal aktharuhum lā ya'lamūn

Allah, heç bir şeyə qadir olmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilməz.

Təfsir

Uca Allah müşriklərin iddalarına cavab olaraq, xərcləməyə heç bir şeyi omayan, hərəkət etməkdən aciz olan bir qul ilə Öz dərgahımızdan özünə mal-dövlət bəxş etdiyimiz, o da ona verilən mal-dövlətdən gizli və aşkar, istədiyi kimi xərcləyən azad bir insanı nümunə olması üçün məsəl çəkdi. Bu iki kişinin məsəli əsla eyni ola bilməz. Elə isə hər bir şeyə malik olan və mülkündə istədiyini edən Allahla, heç bir şeyə qadir olmayan, hər bir şeydən aciz olan bütləri necə eyni səviyyədə tutursunuz? Həmd-səna və bütün təriflər, yalnız həmd-sənaya və bütün təriflərə layiq olan Allaha məxsus­dur. Lakin müşriklərin çoxu Allahın vəhdaniyyətində tək olduğunu və yalnız Onun ibadət edilməyə haqqlı olduğunu bilməzlər!