An-Nahl surəsi, ayə 70

16:70

وَٱللَّهُ خَلَقَكُمۡ ثُمَّ يَتَوَفَّىٰكُمۡۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡ لَا يَعۡلَمَ بَعۡدَ عِلۡمٖ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمٞ قَدِيرٞ ٧٠

Wallāhu khalaqakum thumma yatawaffākum waminkum man yuraddu ilā ardhalil-'umuri likay lā ya'lama ba'da 'ilmin shay'an innallāha 'alīmun qadīr

Sizi Allah yaratdı. Sonra O sizi öldürəcək. Sizlərdən bəziləri (vaxtilə) bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeyə) qadirdir.

Təfsir

Uca Allah sizi, daha öncə belə bir yaradılış olmadan yoxdan var etdi. Sonra da əcəliniz yetişdikdə, O, sizi öldürəcək. Allah siz­lər­dən bəzilərinin ömrünü, ömrün ən pis ça­ğı­nadək, bildiyi şeylərdən heç birini xatırlamadığı, qocalıq çağına qədər uzadacaq. Şübhəsiz ki, Allah hər şeyi biləndir. Qullarının əməllərindən Ona heç bir şey gizli qalmaz. O, hər şeyə qa­dir­dir. Heç bir şey Onu aciz edə bilməz!