وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَۖ فَمِنۡهُم مَّنۡ هَدَى ٱللَّهُ وَمِنۡهُم مَّنۡ حَقَّتۡ عَلَيۡهِ ٱلضَّلَٰلَةُۚ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ٣٦
Walaqad ba'athnā fī kulli ummatir rasūlan ani'budullāha wajtanibut-tāghūta faminhum man hadallāhu waminhum man haqqat 'alayhid-dalālatu fasīrū fil-ardi fanzurū kayfa kāna 'āqibatul-mukaddhibīn
Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə,) peyğəmbər göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azdırmışdır. Yer üzündə gəzib dolaşın və (haqqı) yalan sayanların aqibətinin necə olduğunu görün!
Təfsir
Biz keçmişdə olan hər ümmətə, qövmlərinə tək Allaha ibadət edib, bütlər, şeytanlar və s. bu kimi onlara Allahdan başqasına ibadət etməyi tərk etmələrini əmr edən elçi göndərdik. Allah o ümmətlərdən bəzilərini doğru yola müvəffəq eti. Onlarda Allaha iman edib və Onun peyğəmbərinin gətirdiyi dinə tabe oldular. Bəziləri də Allaha küfr edib, Onun peyğəmbərinə ası oldular. Allah da, bu əməllərinə görə onları haqqa müvəffəq etmədi və beləliklə də, zəlalətə düçar oldular. Yalan sayan kimsələrə Allahın əzabı gəldikdən sonra aqibətlərinin necə olduğunu öz gözlərinizlə şahid olmanız üçün elə isə yer üzündə gəzib dolaşın!