An-Nahl surəsi, ayə 24

16:24

وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمۡ قَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٢٤

Wa idhā qīla lahum mādhā anzala rabbukum qālū asātīrul-awwalīn

(Kafirlərdən:) “Rəbbiniz (peyğəmbərinə) nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Keçmişdəkilərin nağıllarını!”– deyə cavab verdilər.

Təfsir

Uca Allahın vəhdaniyyətini və öldükdən sonra qiyamət günü yenidən dirilməyi inkar edən kimsələrdən: "Allah Muhəmmədə (sallallahu aleyhi və səlləm) nə nazil etmişdir?" – deyə soruşduqda, onlar: "Ona heç bir şey nazil edilməmişdir. O yalnız özündən keç­mişdəkilərin qissələrini və uydurmalarını gətirdi!" – deyərək cavab verirlər.