وَٱصۡبِرۡ وَمَا صَبۡرُكَ إِلَّا بِٱللَّهِۚ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُ فِي ضَيۡقٖ مِّمَّا يَمۡكُرُونَ ١٢٧
Wasbir wamā sabruka illā billāhi walā tahzan 'alayhim walā taku fī dayqim mimmā yamkurūn
Səbir et! Sənin səbrin ancaq Allahın köməyilədir. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma.
Təfsir
Ey Peyğəmbər! Səbir et! Onlardan sənə isabət edən əziyətlərə səbirli ol, sənin, onların əziyyətlərinə səbir etməyin yalnız Allahın izni ilə mümkündür. Kafirlərin səndən üz çevirməsinə görə əsla üzülmə və onların sənə qarşı qurduqları hiylələrdən ötrü də qəlbini sıxıb, kədərlənmə!