ٱلَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ ٣
Alladhī hum fīhi mukhtalifūn
(elə bir xəbər) ki, onlar onun haqqında ixtilafdadırlar.
Təfsir
O Quran ki, onlar onun sehr, yaxud şeir, yaxud kahinlik, yaxud da keçmişdəkilərin əfsanələri olduğunu iddia etməklə onun vəsfi xüsusunda ixtilafa düşmüşlər.