قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلَّيۡلَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِضِيَآءٍۚ أَفَلَا تَسۡمَعُونَ ٧١
Qul ara'aytum in ja'alallāhu 'alaykumul-layla sarmadan ilā yawmil-qiyāmati man ilāhun ghayrullāhi ya'tīkum bidiyā'in afalā tasma'ūn
De: “Bir deyin görək, əgər Allah gecəni üzərinizdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər eşitmirsiniz?”
Təfsir
Ey Peyğəmbər! O müşriklərə belə de: "Bir deyin görüm, əgər Allah gündüzünüzü Qiyamətə qədər daimi olaraq gecəyə çevirsə, Allahdan başqa hansı məbud sizə gündüzün aydınlığı kimi nurlu bir işıq gətirə bilər? Məgər siz bu dəlilləri eşitmirsiniz? Məgər bütün bunları Özündən başqa ilah olmayan Uca Allahın etdiyini bilmirsiniz?!"