Al-Qasas surəsi, ayə 67

28:67

فَأَمَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَعَسَىٰٓ أَن يَكُونَ مِنَ ٱلۡمُفۡلِحِينَ ٦٧

Fa ammā man tāba wa āmana wa'amila sālihan fa'asā an yakūna minal-muflihīn

Tövbə edib iman gətirən və saleh əməllər edən kimsəyə gəlincə, ola bilsin ki, o, nicat tapanlardan olsun.

Təfsir

Amma o müşriklərdən, etdikləri küfr əməllərdən tövbə edərək Allaha və Onun peyğəmbərlərinə iman gətirən və saleh əməllər edən kimsəyə gə­lin­cə, ola bilsin ki, o, istədiyinə nayil olub və qorxduğu şeydən nicat ta­panlardan olsun.