فَقَالُوٓاْ أَبَشَرٗا مِّنَّا وَٰحِدٗا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذٗا لَّفِي ضَلَٰلٖ وَسُعُرٍ ٢٤
Faqālū abasharam minnā wāhidan nattabi'uhū innā idhal lafī dalālin wasu'ur
Onlar dedilər: “Özümüzdən olan bir adama tabe olacağıq?! Elə isə biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
Təfsir
Onlar təkəbbür göstərərək dedilər: “Biz özümüzdən olan bir adama tabe olacağıq?! Əgər belə olduğu halda biz ona tabe olsaq, həqiqətən də, doğru yoldan azar, əyri yola düşər və ağılsız iş görmüş olarıq!