يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ عَدُوِّي وَعَدُوَّكُمۡ أَوۡلِيَآءَ تُلۡقُونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَقَدۡ كَفَرُواْ بِمَا جَآءَكُم مِّنَ ٱلۡحَقِّ يُخۡرِجُونَ ٱلرَّسُولَ وَإِيَّاكُمۡ أَن تُؤۡمِنُواْ بِٱللَّهِ رَبِّكُمۡ إِن كُنتُمۡ خَرَجۡتُمۡ جِهَٰدٗا فِي سَبِيلِي وَٱبۡتِغَآءَ مَرۡضَاتِيۚ تُسِرُّونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَأَنَا۠ أَعۡلَمُ بِمَآ أَخۡفَيۡتُمۡ وَمَآ أَعۡلَنتُمۡۚ وَمَن يَفۡعَلۡهُ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ ١
Yā'ayyuhal-ladhīna āmanū lā tattakhidhū 'aduwwī wa'aduwwakum awliyā'a tulqūna ilayhim bil-mawaddati waqad kafarū bimā jā'akum minal-haqqi yukhrijūnar-rasūla wa iyyākum an tu'minū billāhi rabbikum in kuntum kharajtum jihādan fī sabīlī wabtighā'a mardātī tusirrūna ilayhim bil-mawaddati wa ana a'lamu bimā akhfaytum wamā a'lantum waman yaf'alhu minkum faqad dalla sawā'as-sabīl
Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlara mehribanlıq göstərirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi özünüzə dost tutmayın). Siz onlara gizlincə sevgi bəsliyirsiniz (sirrinizi açıb onlara deyirsiniz). Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, artıq haqq yoldan azmışdır!
Təfsir
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar Peyğəmbəriniz vasitəsilə sizə təbliğ edilən dini inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib onlarla dostluq edisiniz. Siz sadəcə Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuz Məkkədən qovub çıxardır, nə əqrəbalıq, nə də qohumluq bağlarınıza məhəl qoyurlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlarla dostluq etməyin. Siz onlara mehribanlıq göstərib gizlində müsəlmanların işləri barədə onlara xəbər verirsiniz, halbuki Mən sizin bundan gizli saxladığınızı da, aşkara çıxardığınızı da bilirəm. Bundan və ya başqasından heç bir şey Məndən gizli qalmaz. Sizlərdən kim kafirlərlə dostluq etsə və onlara mehribanlıq göstərsə, orta yoldan sapar, haqdan azmış olar və doğru əməldən uzaqlaşar.