وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ ٨
Walladhīna hum li amānātihim wa'ahdihim rā'ūn
O kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.
Təfsir
Onlar, Allahın özlərinə fərz etdiyi şeyləri yerinə yetirəcəklərinə dair verdikləri sözü yerinə yetirər və insanların onlara əmanət buraxdıqları əmanətə isə xəyanət etməzlər. Eyni şəkildə onlar, verdikləri sözə müxalif çıxmaz, əksinə, vədlərinə daima sadiq qalarlar.