فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ ٧
Famanibtaghā warā'a dhālika fa ulā'ika humul-'ādūn
Bundan artığına can atanlar isə həddi aşanlardır.
Təfsir
Kim zövcələri və ya sahib olduqları kənizlərdən başqa qadınlardan yararlanmaq istəsə, o kimsə, Uca Allahın halal etdiyini buraxıb, haram etdiyinin ardınca getdiyi üçün Allahın qoyduğu hüdudları aşan kimsədir.