أَمۡ لَمۡ يَعۡرِفُواْ رَسُولَهُمۡ فَهُمۡ لَهُۥ مُنكِرُونَ ٦٩
Am lam ya'rifū rasūlahum fahum lahū munkirūn
Yoxsa onlar özlərinə göndərilmiş Elçini tanımayıb buna görə də onu inkar edirlər?
Təfsir
Yoxsa onlar Muhəmmədin (sallallahu aleyhi və səlləm) Allah tərəfindən özlərinə göndərilmiş bir elçisi olduğunu bilməyib, buna görə onu inkar edirlər?! Şübhəsiz, onlar onun sadiq və əmin bir insan olduğunu yaxşı bilirdilər.