Al-Mu'minun surəsi, ayə 42

23:42

ثُمَّ أَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قُرُونًا ءَاخَرِينَ ٤٢

Thumma ansha'nā mim ba'dihim qurūnan ākharīn

Biz onlardan sonra başqa-başqa nəsillər yaratdıq.

Təfsir

Biz onları məhv etdikdən sonra Lutun qövmü, Şueybin qövmü və Yunusun qövmü kimi başqa qövmlər və ümmətlər xəlq edib, meydana gətirdik.