ثُمَّ خَلَقۡنَا ٱلنُّطۡفَةَ عَلَقَةٗ فَخَلَقۡنَا ٱلۡعَلَقَةَ مُضۡغَةٗ فَخَلَقۡنَا ٱلۡمُضۡغَةَ عِظَٰمٗا فَكَسَوۡنَا ٱلۡعِظَٰمَ لَحۡمٗا ثُمَّ أَنشَأۡنَٰهُ خَلۡقًا ءَاخَرَۚ فَتَبَارَكَ ٱللَّهُ أَحۡسَنُ ٱلۡخَٰلِقِينَ ١٤
Thumma khalaqnan-nutfata 'alaqatan fakhalaqnal-'alaqata mudghatan fakhalaqnal-mudghata 'izāman fakasawnal-'izāma lahman thumma ansha'nāhu khalqan ākhara fatabārakallāhu ahsanul-khāliqīn
Sonra nütfədən laxtalanmış qan yaratdıq; sonra o laxtalanmış qandan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sümüklər yaratdıq; sonra da sümükləri ət ilə örtdük; sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!
Təfsir
Sonra ana bətnində qərar tutmuş nütfədən qırmızı laxtalanmış qan yaratdıq, sonra o laxtalanmış qanı qırmızı rəngli çeynənmiş bir ət parçasına döndərdik, sonra o ət parçası üçün möhkəm sümüklər yaratdıq, sonra da o sümükləri ət ilə örtüb bürüdük, sonra da ona ruh üfürüb, dünya həyatına gətirərək yeni bir varlıq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah pak və ucadır!