فَتَعَٰلَى ٱللَّهُ ٱلۡمَلِكُ ٱلۡحَقُّۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡكَرِيمِ ١١٦
Fata'ālallāhul-malikul-haqqu lā ilāha illā huwa rabbul-'arshil-karīm
Haqq Hökmdar olan Allah (hər şeydən) ucadır! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. O, dəyərli Ərşin Rəbbidir.
Təfsir
Yaratdıqlarının sahibi olan və onları istədiyi kimi idarə edən uca Allah, bütün nöqsan və eyiblərdən pak və ucadır. O, Haqq, vədi haqqdır, sözü haqqdır və Ondan başqa ibadətə layliq haqq məbud yoxdur. O, yaradılmışların ən əzəmətlisi olan şanlı Ərşin Rəbbidir. Kim ən əzəmətli məxluqun Rəbbidirsə, demək O, bütün məxluqatın Rəbbidir.