فَٱتَّخَذۡتُمُوهُمۡ سِخۡرِيًّا حَتَّىٰٓ أَنسَوۡكُمۡ ذِكۡرِي وَكُنتُم مِّنۡهُمۡ تَضۡحَكُونَ ١١٠
Fattakhadhtumūhum sikhriyyan hattā ansawkum dhikrī wakuntum minhum tadhakūn
Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz.
Təfsir
Sizlər, Allahın dininə dəvət edən möminləri məsxərəyə qoyub, onlara istehza edirdiniz. Sonda başınızı onlara məsxərə və istehza etməyə o qədər qarışdı ki, hətta bu, Məni yada salmağı belə sizə unutdurdu. Siz isə onlara elə məsxərə və lağlağa edib gülürdünüz.