قُلۡ هُوَ ٱلرَّحۡمَٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيۡهِ تَوَكَّلۡنَاۖ فَسَتَعۡلَمُونَ مَنۡ هُوَ فِي ضَلَٰلٖ مُّبِينٖ ٢٩
Qul huwar-rahmānu āmannā bihī wa'alayhi tawakkalnā fasata'lamūna man huwa fī dalālim mubīn
(Ey Peyğəmbər!) De: “O, Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etdik. Kimin açıq-aydın azğınlıq içində olduğunu (tezliklə) biləcəksiniz.
Təfsir
Ey Peyğəmbər! O müşriklərə de: "O, Mərhəmətli Allahdır! O Allah ki, sizi yalnız Ona iman gətirməyinizi, öz işlərinizdə yalnız Ona təvəkkül etməyiniz buyurur. Heç şübhəsiz ki, siz kimin açıq-aydın azğınlıq içində, kimin də doğru yolda olduğunu tezliklə biləcəksiniz.