فَلَمَّا رَأَوۡهُ زُلۡفَةٗ سِيٓـَٔتۡ وُجُوهُ ٱلَّذِينَ كَفَرُواْ وَقِيلَ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَدَّعُونَ ٢٧
Falammā ra'awhu zulfatan sī'at wujūhul-ladhīna kafarū waqīla hādhal-ladhī kuntum bihī tadda'ūn
Kafirlər əzabın yaxınlaşdığını gördükdə üzləri qaralacaq və onlara: “İstədiyiniz (əzab) budur!”– deyiləcəkdir.
Təfsir
Qiyamət günü, kafirlər özlərinə verilmiş vədin gerçək olduğunu və əzabın onlara yaxınlaşdığını gördükdə, Allaha küfr edənlərin üzləri dəyişib qapqara olacaq və onlara belə deyiləcək: "Dünyada sizin durmadan tələb etdiyiniz və tez gəlməsini istədiyiniz əzab budur!"