أَمَّنۡ هَٰذَا ٱلَّذِي هُوَ جُندٞ لَّكُمۡ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحۡمَٰنِۚ إِنِ ٱلۡكَٰفِرُونَ إِلَّا فِي غُرُورٍ ٢٠
Amman hādhal-ladhī huwa jundul lakum yansurukum min dūnir-rahmāni inil-kāfirūna illā fī ghurūr
Yaxud Rəhmandan başqa sizə yardım edəcək bu qoşununuz (tərəftarlarınız) kimdir? Kafirlər ancaq aldanmaqdadırlar!
Təfsir
Ey kafirlər! Allah sizə əzab vermək istəsə, heç bir ordu sizi Onun əzabından xilas edə bilməz. Kafirlər ancaq aldanmaqdadırlar, şeytan onları aldatmış, onlar da ona aldanmışlar.