يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا تَنَٰجَيۡتُمۡ فَلَا تَتَنَٰجَوۡاْ بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَمَعۡصِيَتِ ٱلرَّسُولِ وَتَنَٰجَوۡاْ بِٱلۡبِرِّ وَٱلتَّقۡوَىٰۖ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ ٩
Yā'ayyuhal-ladhīna āmanū idhā tanājaytum falā tatanājaw bil-ithmi wal-'udwāni wama'siyatir-rasūli watanājaw bil-birri wat-taqwā wattaqullāhal-ladhī ilayhi tuhsharūn
Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə asi olmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanacağınız Allahdan qorxun!
Təfsir
Ey Allaha iman gətirənlər və Onun buyuruqarını yerinə yetirənlər! Yəhudilər kimi öz aranızda günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə xəlvətcə, altdan-altdan danışmayın. Öz aranızda Allaha itaət etmək və Ona asi olmamaq barədə danışın, Allahın əmrlərini yerinə yetirmək və qadağan etdiklərindən çəkinməklə Allahdan qorxun. Qiyamət günü siz haqq-hesaba çəkilmək və etdiyiniz əməllərin əvəzini almaq üçün təkcə Onun hüzuruna toplanacaqsınız.