Al-Mujadilah surəsi, ayə 19

58:19

ٱسۡتَحۡوَذَ عَلَيۡهِمُ ٱلشَّيۡطَٰنُ فَأَنسَىٰهُمۡ ذِكۡرَ ٱللَّهِۚ أُوْلَٰٓئِكَ حِزۡبُ ٱلشَّيۡطَٰنِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱلشَّيۡطَٰنِ هُمُ ٱلۡخَٰسِرُونَ ١٩

Istahwadha 'alayhimush-shaytānu fa ansāhum dhikrallāhi ulā'ika hizbush-shaytāni alā inna hizbash-shaytāni humul-khāsirūn

Şeytan onlara hakim olmuş və Allahın zikrini onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Bilin ki, Şeytanın firqəsi - məhz onlar ziyana uğrayanlardır!

Təfsir

Şeytan onları öz hökmü altına almış və öz vəsvəsəsi sayəsində Allahı zikr etməyi onlara unutdurmuş, onlar da, Allahı razı salmayan, əksinə, Onu qəzəbə gətirəcək əməllər etmişlər. Bu xislətləri özlərində əks etdirən o kəslər şeytanın əsgərləri və onun ardıcıllarıdır. Sözsüz ki, şeytanın əsgərləri və onun ardıcılları dünyada və axirətdə ziyana uğrayanlardır. Onlar doğru yolu verib azğınlığı və Cənnəti verib Cəhənnəmi satın almış kimsələrdir.