مَّا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا تَكۡتُمُونَ ٩٩
Mmā 'alar-rasūli illal-balāghu wallāhu ya'lamu mā tubdūna wamā taktumūn
Allah rəsulunun üzərinə düşən (vəzifə) ancaq təbliğ etməkdir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.
Təfsir
Allahın elçisinin - səllallahu aleyhi və səlləm - vəzifəsi yalnız Allahın ona əmr etdiyini insanlara təbliğ etməkdir. İnsanları hidayətə müvəffəq etmək isə onun işi deyil. Bu, ancaq tək Allahın əlində olan bir işdir. Allah sizin hidayət və ya zəlalətdən aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir. O, etdiyiniz əməllərə görə sizin mükafatınızı verəcəkdir.