وَقَالَتِ ٱلۡيَهُودُ يَدُ ٱللَّهِ مَغۡلُولَةٌۚ غُلَّتۡ أَيۡدِيهِمۡ وَلُعِنُواْ بِمَا قَالُواْۘ بَلۡ يَدَاهُ مَبۡسُوطَتَانِ يُنفِقُ كَيۡفَ يَشَآءُۚ وَلَيَزِيدَنَّ كَثِيرٗا مِّنۡهُم مَّآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ طُغۡيَٰنٗا وَكُفۡرٗاۚ وَأَلۡقَيۡنَا بَيۡنَهُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۚ كُلَّمَآ أَوۡقَدُواْ نَارٗا لِّلۡحَرۡبِ أَطۡفَأَهَا ٱللَّهُۚ وَيَسۡعَوۡنَ فِي ٱلۡأَرۡضِ فَسَادٗاۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلۡمُفۡسِدِينَ ٦٤
Waqālatil-yahūdu yadullāhi maghlūlatun ghullat aydīhim walu'inū bimā qālū bal yadāhu mabsūtatāni yunfiqu kayfa yashā'u walayazīdanna kathīram minhum mā unzila ilayka mir rabbika tughyānan wakufran wa alqaynā baynahumul-'adāwata wal-baghdā'a ilā yawmil-qiyāmati kullamā awqadū nāral lil-harbi atfa'ahallāhu wayas'awna fil-ardi fasādan wallāhu lā yuhibbul-mufsidīn
Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Dedikləri bu sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilə. Əksinə, (Allahın) hər iki əli açıqdır, (Öz lütfündən) istədiyi kimi infaq edər. Rəbbindən sənə nazil edilən (kitab) onlardan çoxunun azğınlığını və küfrünü artırar. Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda, Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə səy göstərərlər. Allah isə fitnəkarları sevməz!
Təfsir
Yəhudilərə çətinlik və quraqlıq baş verdikdə dedilər: "Allahın əli xeyir və əta bəxş etməkdən bağlıdır, Özündə olandan biz vermir!" Agah olun ki, dedikləri bu sözə görə onların öz əlləri xeyir əməl görməkdən və əta etməkdən bağlandı və Allahın rəhmətindən qovuldular! Əksinə, Uca və Pak olan Allahın hər iki əli xeyir və əta bəxş etməklə açıqdır, O, istədiyi kimi sərf edir. Allah istədiyi bəndənin ruzisini bol edir, istədiyinikini də azaldır. Onu bu işdən mane olan və ya məcbur edən kimsə yoxdur. Ey Peyğəmbər! Yəhudilər qəlblərindəki həsəd üzündən sənə nazil edilən onların hədlərini aşmağı və küfrünü artırar. Biz yəhudi tayfalrının arasına ədavət və kin saldıq. Onlar hər dəfə müharibə üçün cəm olud, döyüş hazırlığı gördükdə yaxud müharibə alovunu yandırmaq istədikdə, Allah onların toplumunu dağıtmış, qüvvələrini isə məhv etmişdir. Onlar daima İslamı məhv edib ona qarşı hiylə işlətməyə çalışaraq yer üzündə fitnə-fəsad törətməyə səy göstərərlər. Allah isə fitnəkarları sevməz!